"NATO-da Putinlə dialoq məsələsində fikir ayrılığı var" - Bloomberg

"NATO-da Putinlə dialoq məsələsində fikir ayrılığı var" -    Bloomberg
  29 Mart 2022    Oxunub:1216
NATO ölkələri arasında "Ukraynadakı problemi həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə dialoq aparmağa dəyərmi?" mövzusunda fikir ayrılığı yaranıb. AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri “Atlantik okeanının hər iki tərəfindəki” müzakirələrlə, eləcə də sənədlərlə tanış olan mənbələrə istinadən yazıb.
Məqalə müəllifi yazır ki, NATO-da təkcə Putinlə danışıqların “faydalı” olub-olmaması ilə bağlı deyil, Ukraynaya hansı silahların göndərilməsi məsələsində də fikirlər haçalaşır.

Xüsusilə də Fransa və Almaniya belə hesab edir ki, tezliklə atəşkəs əldə olunmalı və sonra rus qoşunları Ukraynadan çıxarılmalıdır. Onlar dialoqun tərəfdarıdırlar.

- NATO-nun digər üzvləri isə hesab edirlər ki, Paris və Berlinin Moskva ilə dialoqu məhsuldar olmayacaq və bir sənəddə deyildiyi kimi, bu, “Putinin əlinə oynayır”. Söhbət Böyük Britaniya, Polşa və Macarıstan istisna olmaqla, Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələrindən gedir.

Müəllif onu da əlavə edib ki, onlar danışıqlara şübhə ilə yanaşırlar, çünki həmin qüvvələr belə hesab edirlər ki, Rusiya lideri sülh sazişinin bağlanması məsələsini ciddi şəkildə nəzərdən keçirmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   NATO  



Xəbər lenti