Peskov Delyagini Bakı ilə bağlı qeyri-dost bəyanatlardan çəkinməyə çağırıb
“Bu bəyanat heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir və uyğunlaşa da bilməz, daha doğrusu, şəxsi emosiyalar müstəvisində yatan bəyanatdır. Təbii ki, biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırardıq. Azərbaycan tərəfdaş ölkələr kateqoriyasına aiddir, hətta Rusiyanın Qarabağ bölgəsində sülhün qorunması və bütün tərəflərin bütün müvafiq öhdəliklərinin yerinə yetirilməsi üçün çox enerjili səylər göstərdiyi bir şəraitdə”, - Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, rusiyalı deputat Qarabağda vəziyyətin gərginləşməsi fonunda Azərbaycanın neft infrastrukturuna zərbələrin endirilməsi ilə bağlı çağırış edib.
AzVision.az
Teqlər: Peskov







Vaxtında, Aydın, Lazımlı!


