Putin-Zelenski görüşünün nə vaxt mümkün olacağı açıqlanıb

 Putin-Zelenski görüşünün nə vaxt mümkün olacağı açıqlanıb
  29 Mart 2022    Oxunub:1139
“Rusiya və Ukrayna prezidentləri arasında görüş razılaşma sənədi hazırlandıqdan sonra mümkündür".
AzVision.az xəbər verir ki, bu barədə İstanbulda Ukrayna rəsmiləri ilə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

Onun sözlərinə görə, Putin və Zelenski arasında görüş saziş layihəsinin XİN başçıları səviyyəsində paraflanması ilə eyni vaxtda mümkündür.

Əlavə edib ki, Rusiya Ukraynanın təkliflərini nəzərdə keçirəcək və bu barədə prezidenti Vladimir Putinə məruzə olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti