Kadırov: "Dayanmamalı, Kiyevi götürməliyik"

      Kadırov:    "Dayanmamalı, Kiyevi götürməliyik"
  29 Mart 2022    Oxunub:1133
Rusiyanın Ukraynada başlatdığı müharibənin ilk günlərindən Kiyev əleyhinə sərt açıqlamalar verən Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti dəfə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, Rusiya mediası Kadırovun Ukraynanı tamamilə məğlub etməyə çağıran fikirlər səsləndirdiyini yazıb.

"Kiyevdə parad keçirəcəyik" - Kadırov
Bildirilir ki, Çeçenistan rəhbəri "Başladığımız işi sona çatdırmalıyıq, dayanmamalıyıq, Kiyevə gedib onu götürməliyik" deyib.

Qeyd edək ki, bu gün Trükiyədə keçirilən növbəti Rusiya-Ukrayna görüşündən sonra müharibədə atəşkəsə nail olunacağına dair ciddi mesajlar səslənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kadırov   Kiyev  



Xəbər lenti