Fransa Ukraynaya 300 milyon kredit verir

   Fransa Ukraynaya    300 milyon kredit verir
  29 Mart 2022    Oxunub:848
Ukrayna Fransa İnkişaf Agentliyindən 300 milyon avro kredit alacaq. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin mətbuat xidməti məlumat yayıb.
- Mən fransalı həmkarlarımıza operativ qərara görə son dərəcə minnətdaram. Bizə verilən vəsait Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə şəraitində maliyyə sisteminin sabitliyini qorumaq üçün son dərəcə vacibdir, - maliyyə naziri Sergey Marçenko məsələ ilə bağlı açıqlamasında deyib.

Bildirilir ki, kredit illik 1,04% sabit faiz dərəcəsi ilə 15 il müddətinə (kredit müqaviləsinin bağlandığı tarixdən beş il müddətinə kreditin ödənilməsinin təxirə salınması üçün güzəşt müddəti nəzərə alınmaqla-red.) verilir. Vəsait dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti