Düjarrikdən Rusiya-Ukrayna görüşü ilə bağlı açıqlama

Düjarrikdən Rusiya-Ukrayna görüşü ilə bağlı açıqlama
  29 Mart 2022    Oxunub:935
"Rusiya və Ukrayna arasında əldə olunan razılaşmalar konkret fəaliyyətə çevriləcək". AzVision.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.
İstanbul razılaşmalarını qiymətləndirən Düjarrik qeyd edib ki, bu sazişlərin mümkün qədər tez konkret razılaşmalara çevrilməsi vacibdir.

Bundan əvvəl İstanbulda, Dolmabaxça sarayında Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi baş tutub. Mətbuata qapalı keçirilən görüş üç saata yaxın davam edib.

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski deyib ki, Rusiya Kiyevdən neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər alıb.

AzVision.az



Teqlər:



Xəbər lenti