Belqorodda partlayış nəticəsində 4 hərbçi yaralanıb

Belqorodda partlayış nəticəsində 4 hərbçi yaralanıb
  29 Mart 2022    Oxunub:721
Rusiyada partayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Fövqəladə Hallar Xidməti Belqorodda olan partlayışlar nəticəsində ilkin olaraq 4 yaralının olduğunu təsdiqləyib.

Qubernator Vyaçeslav Qladkov isə partlayışdan sonra yaxınlıqdakı binaların, kənd sakinlərinin zərər görmədiyini bəyan edib.

- Belqorod vilayətinin Krasnıy Oktyabr kəndi yaxınlığında partlayışlar baş verib. Artıq partlayışlar dayanıb. Bütün təcili yardım xidmətləri hadisə yerində çalışır. Rayon rəhbəri hələlik hadisənin səbəbini açıqlamayıb, - Qubernator deyib

Qeyd edək ki, bəzi saytlar ərazidə mərmi partladığını yazıblar. Bildirilir ki, Belqorod bölgəsindəki müvəqqəti hərbi şəhərciklərdən birində olan partlayış nəticəsində 4 güc strukturu əməkdaşı ağır bədən xəsarətləri alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti