"Rusiya Çinlə münasibətlərin davamlı inkişafında maraqlıdır" - Lavrov
"Biz beynəlxalq münasibətlər tarixində çox ciddi bir mərhələdən keçirik. Əminəm ki, bu mərhələ nəticəsində beynəlxalq vəziyyət əhəmiyyətli dərəcədə aydınlaşacaq və biz sizinlə, digər həmfikirlərimizlə birlikdə çoxqütblü, ədalətli, demokratik dünya nizamına doğru hərəkət edəcəyik”, - Lavrov söyləyib.
Qeyd edib ki, Rusiya Çinlə münasibətlərin davamlı və ardıcıl inkişafında maraqlıdır.
Rusiyalı nazir iki ölkə liderləri arasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün konkret addımların atılmasının müzakirə olunacağını da vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


