Rus qoşunları Kiyevdən niyə çəkilib? - Britaniya kəşfiyyatının versiyası
Britaniya kəşfiyyatının hesabatında qeyd edilib ki, Rusiyanın dəfələrlə uğursuzluqları və Ukrayna qüvvələrinin uğurlu əks-hücumları rus qüvvələrinin Kiyevi mühasirəyə almaq məqsədinə çatmadığı anlamına gəlir.
"Çox güman ki, Rusiya şərqdə Donetsk və Luqansk vilayətlərinə hücumu üçün şimaldan döyüş qüvvələri cəlb etməyə çalışacaq”, - Britaniya kəşfiyyatı proqnozlaşdırır.
Qeyd edək ki, dünən İstanbulda Rusiya-Ukrayna danışıqlarının yekunlarına dair açıqlamasında Rusiyanın müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bildirib ki, ölkəsi Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi kəskin şəkildə azaltmaq qərarına gəlib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


