Rusiya qoşunları təchizatı artırmaq üçün Belarusa qayıdır - Britaniya MN

 Rusiya qoşunları təchizatı artırmaq üçün Belarusa qayıdır -    Britaniya MN
  30 Mart 2022    Oxunub:1138
Böyük itkilərə məruz qalan rus bölmələri yenidən təşkil olunmaq və təchizatlarını artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına istinadən hesabatında deyilir.

Qeyd olunub ki, bu cür vəziyyət onsuz da gərgin olan Rusiyanın logistikasına əlavə təzyiq göstərir. Rusiyanın Ukrayna daxilindəki bölgələrdə bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.

Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya böyük ehtimalla yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək.

"Rusiyanın Donetsk və Luqanska qarşı hücumlara diqqət yetirməsi, yəqin ki, onun bu istiqamətdə çox mühüm hücum xəttini dəstəkləməyə çalışdığını açıq şəkildə göstərir", - Müdafiə Nazirliyi əlavə edib.

Bundan əvvəl Britaniya kəşfiyyatı rus qoşunlarının Kiyevdən çıxarılmasının iki səbəbini açıqlayıb. Qeyd olunub ki, Rusiya Kiyev vilayətində təşəbbüsü itirdiyini etiraf edib və rus işğalçılarının oradakı hücumu öz məqsədinə çatmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti