İsraildəki terrorda ölənlərin ikisi Ukrayna vətəndaşıdır

İsraildəki terrorda ölənlərin ikisi Ukrayna vətəndaşıdır
  30 Mart 2022    Oxunub:670
İsrailin Bney-Brak şəhərində terror hücumu nəticəsində ölənlərdən ikisi Ukrayna vətəndaşıdır.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Polis orqanlarının məlumatına əsasən, terror aktının qurbanı olan ukraynalılar 23 və 32 yaşlarında iki kişidir.

Terrorçu ətrafdakı insanlara atəş açan zaman onlar ərzaq mağazasının qabağında olublar. Ölən ukraynalıların kimliyi barədə digər təfərrüatlar açıqlanmır. Qeyd edək ki, terror aktı nəticəsində beş nəfər həyatını itirib. Terrorçu hadisə yerində zərərsizləşdirilib.

AzVision.az



Teqlər: İsrail  



Xəbər lenti