"Rusiya Krımı heç kimlə müzakirə etməyəcək" - Peskov
“Krım Rusiyanın bir hissəsidir və bizim konstitusiyamıza görə, Rusiya ərazilərinin, regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik, bundan söhbət gedə bilməz. Bizim konstitusiyamızda belə yazılıb", - Peskov Kiyevin Krımın geri qaytarılmasına dair çağırışlarını şərh edərkən bildirib.
Prezidentin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb: "Həmkarım Medinski bu gün əlavə məlumat hazırlayacaq, onunla əlaqə saxlaya bilərsiniz".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


