Barselonada etirazçılar yanacağın bahalaşmasına görə nəqliyyatı iflic etdilər
Nəşrin məlumatına görə, çərşənbə günü baş tutan aksiyadan sonra yolun bağlanması doqquz kilometr uzunluğunda tıxacların yaranmasına səbəb olub.
Barselonada Nəqliyyatın Mühafizəsi üzrə Milli Platformanın sözçüsü Migel Anxel Makeda hökumətin avtomobil nəqliyyatı üzrə dövlət komitəsi ilə yanacağın qiymətinin aşağı salınması ilə bağlı razılığa gəlinməsinə baxmayaraq etirazların davam edəcəyini bildirib.
Bundan öncə isə həmin magistralda nəqliyyat sektorunun işçiləri bir neçə günlük aksiya keçirmişdilər.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların artmasından sonra bir sıra ölkələrdə neft və ümumilikdə yanacağın qiyməti qalxdı. Bu səbəbdən də İspaniyada benzin və dizel yanacağının qiyməti rekord həddə çatıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


