Rusiyanın qaz pulunu rublla tələb etməsi müqavilələrə zidddir - Fransa XİN

 Rusiyanın qaz pulunu rublla tələb etməsi müqavilələrə zidddir -    Fransa XİN
  30 Mart 2022    Oxunub:1261
“Rusiyanın qazın pulunu rublla tələb etməsi müqavilələrin şərtlərinə ziddir”.
AzVision.az xəbər verir ki, bunu Yelisey sarayında Nazirlər Şurasının iclasından sonra Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Kleman Bon deyib.

"Avropa İttifaqı və G7 dövlətlər qrupunun Rusiya ilə qaz müqavilələri ilə bağlı bəyan etdikləri kimi, bu müqavilələr hüquqi aktdır, onlar rublla ödənişləri nəzərdə tutmur. Beləliklə, bu, müqavilələrin şərtlərinə ziddir", - Bon bildirib.

Martın 25-də Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat konfransında deyib ki, müqavilələr üzrə ödənişlər tərəflərin razılaşdığı valyuta ilə aparılmalıdır. Eyni zamanda Makron qeyd edib ki, Avropa İttifaqının prioritetlərindən biri qazın qiymətinin aşağı salınmasıdır.

AzVision.az



Teqlər:



Xəbər lenti