"Rusların Ukrayna AES-lərindən çıxarılmasına müxtəlif səviyyələrdə baxılmalıdır"

   "Rusların Ukrayna AES-lərindən çıxarılmasına müxtəlif səviyyələrdə baxılmalıdır"
  30 Mart 2022    Oxunub:1323
"Rusiya ordusunun Çernobıl və Zaporojye atom elektrik stansiyalarının ərazilərindən çıxarılması məsələsinə müxtəlif səviyyələrdə, xüsusən də Ukrayna və Rusiya arasında danışıqlarda baxılmalıdır".
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Cənubi Ukrayna AES-in işçiləri ilə görüşündə deyib.

- Bu məsələyə müxtəlif səviyyələrdə baxılmalıdır. Təbii ki, biz ümid edirik ki, artıq atəşkəs anı yaxındır və Ukrayna ilə Rusiya arasında gedən danışıqlar sülhə töhfə verəcək, - o deyib.

Qrossinin sözlərinə görə, AES-in ələ keçirilməsi ilə bağlı vəziyyət kritikdir və bu tipik hal deyil.

- Ümid edirəm ki, dünyanın hər yerindən jurnalistlərin reportajları və çoxsaylı sualları Ukrayna ətrafında diqqəti cəlb edəcək və burada baş verənləri heç kim unutmayacaq, - MAQATE rəhbəri söyləyib.

Qrossi qeyd edib ki, Ukraynaya səfəri zamanı Kiyev rəsmiləri ilə bu ölkəyə dəstək və yardım məsələlərini müzakirə edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: AES   Ukrayna  



Xəbər lenti