İsveçrə koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

  İsveçrə koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir
  30 Mart 2022    Oxunub:1251
İsveçrə hökuməti koronavirus infeksiyası ilə mübarizə ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hökumətin yaydığı məlumata görə, aprelin 1-dən ictimai nəqliyyatda və tibb müəssisələrində tətbiq olunan xüsusi rejim, həmçinin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər üçün özünütəcrid tələbi qaldırılacaq.

"Əhalinin yüksək immunizasiyası sayəsində son həftələrdə reanimasiya şöbələrində COVID-19 xəstələrinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Baxmayaraq ki, bu arada yoluxmaların sayı yenidən artıb. Yaxın aylarda vəziyyətin daha da pisləşməsi ehtimalı yoxdur. SARS-CoV-2 yox olmayacaq, əksinə endemik olacaq. Ona görə də biz gələcəkdə yeni mövsümi dalğalar gözləyəcəyik", - İsveçrə hökumətinin bəyanatında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti