Britaniyanın Silahlı Qüvvələr naziri Şəhidlər xiyabanını ziyarət edib

Britaniyanın Silahlı Qüvvələr naziri Şəhidlər xiyabanını ziyarət edib
  30 Mart 2022    Oxunub:1148
Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi bu gün Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də yazıb.

Ceyms Heppi 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıb.

“O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər", - diplomat qeyd edib.

AzVision.az



Teqlər: Britaniyalı-nazir   Şəhidlər-xiyabanı  



Xəbər lenti