Baydenlə Zelenski arasında telefon danışığı olub - YENİLƏNİB
“ABŞ prezidenti Co Baydenlə bir saatlıq söhbəti yenicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Biz konkret müdafiə dəstəyi, gücləndirilmiş sanksiyalarların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- Ukraynanın dövlət başçısı edib.
***
ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, liderlər arasında telefon söhbəti bu gün ABŞ vaxtı ilə 14:45-də baş tutacaq.
Tərəflər ABŞ-ın Ukraynaya dəstəyini müzakirə edəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


