"İrpendə 300-dək mülki şəxs həlak olub" - Mer
O qeyd edib ki, döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin təxminən 100 hərbçisi yaralanıb.
Merin sözlərinə görə, həlak olan mülki şəxslərin dəqiq sayı ilə bağlı hələ ki məlumat yoxdur, güclü döyüşlər gedən zaman insanları birbaşa həyətlərdə və parklarda basdırıblar.
Qeyd edək ki, Ukrayna İrpen şəhərinin martın 28-də azad edildiyini açıqlayıb. Ancaq şəhərə qayıdışın hələ də mümkün deyil. Mer şəhərin 50 faizindən çox hissəsinin dağıdıldığını bildirib. Əraziyə xeyli sayda mina yerləşdirilib.
AzVision.az
Teqlər: İrpen







Vaxtında, Aydın, Lazımlı!


