Ermənistanın fövqəladə hallar naziri saxlanılıb

   Ermənistanın fövqəladə hallar naziri saxlanılıb
  30 Mart 2022    Oxunub:835
Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanı saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dünən fövqəladə hallar nazirini dindirməyə çağırıb. Dindirmələrin cinayət işi çərçivəsində həyata keçirildiyi açıqlanıb.

Bundan əvvəl, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib.

“ArmLur.am” portalı isə nazirə qarşı ittihamların irəli sürüləcəyi yazıb.

AzVision.az




Teqlər: Ermənistan  



Xəbər lenti