Aİ, Azərbaycan və Ermənistan liderlərinin birgə görüşü keçiriləcək

  Aİ, Azərbaycan və Ermənistan liderlərinin birgə görüşü keçiriləcək
  30 Mart 2022    Oxunub:1116
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəçək.
AzVision.az xəbər verirki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, tərəflərin həmin gün birgə görüşü nəzərdə tutulub.

Görüş barədə digər məlumat açıqlanmayıb.

Xatırladaq ki, ötən il dekabrın 14-də Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişellə ilk birgə görüşü olub.

AzVision.az



Teqlər: Şarl-Mişel   Görüş  



Xəbər lenti