Aİ Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil edib

 Aİ Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil edib
  30 Mart 2022    Oxunub:943
Avropa İttifaqı bu gün Brüsseldə Azərbaycan və Ermənistanın yüksək səviyyəli rəsmilərinin görüşünə ev sahibliyi edib.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin saytı məlumat yayıb.

Görüş hər iki ölkə arasında bir bir sıra məsələlərin həlli yollarını tapmaq üçün birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib. Xüsusilə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Tərəflər liderlərin 14 dekabr 2021-ci il görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycan və Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti və digər məsələlərin spektrini nəzərdən keçiriblər. Rəsmilər müzakirələri davam etdirmək üçün növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər. Növbəti görüşdə ölkələr arasında sülh sazişinin perspektivləri ilə bağlı məsələlər də müzakirə mövzusu olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti