Zelenski-Putin görüşünə hazırlıq gedir

    Zelenski-Putin görüşünə hazırlıq gedir
  31 Mart 2022    Oxunub:1258
Ukrayna və Rusiya arasında nümayəndə heyəti arasında danışıqlar aprelin 1-də bərpa olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı David Araxamiya bildirib. Onun sözlərinə görə, prezidentlərin üzbəüz görüşündə müzakirə obyektinə çevriləcək sənədlər paketi bir həftə sonra hazır olmalıdır.

"O ki qaldı üzbəüz görüşə, Rusiya tərəfinin cavabını gözləyirik. Onlar iki-üç gün təklifimizə necə cavab verəcəkləri barədə düşünəcəklər. Biz onlara iki ölkə liderlərinin görüşünün keçirilməsi vaxtının yetişdiyini bildirdik. Düşünürəm ki, bir həftə ərzində bizdən asılı olduğumuzun üzərində işləyəcəyik, daha mandatımız olmayacaq. Bundan sonra isə prezidentlərin görüşünü gözləyəcəyik”, - Araxamiya bildirib.

AzVision.az


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti