Niderlandda türk bacı-qardaş öldürülüb

Niderlandda türk bacı-qardaş öldürülüb
  31 Mart 2022    Oxunub:926
Niderlandın şimalındakı Zvolle şəhərində silahlı hücum zamanı türk bacı-qardaş öldürülüb.
Bu barədə AzVision.az “Haber Global”a istinadən xəbər verir. Ailənin yaxınları bildiriblər ki, hadisə zamanı qətlə yetirilənlər türk dilli xəbər saytının sahibi H.T. və qardaşı A.T.-dır. Niderland polisi açıqlamasında hadisənin “Fast food” restoranına hücum edən şəxsin atəş açması nəticəsində baş verdiyini bildirib.

Yerli mətbuatın xəbərlərinə görə, cinayətkar restorana girən kimi iki nəfərə atəş açıb, içəridəki digər müştərilər təlaş içində çölə qaçıblar. Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və silahlı şəxsin tutulması üçün əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Niderland  



Xəbər lenti