BMT Ukraynadakı hərbi cinayətləri araşdıran komissiya yaradıb

   BMT Ukraynadakı hərbi cinayətləri araşdıran komissiya yaradıb
  31 Mart 2022    Oxunub:811
BMT-nin İnsan Hüquqları Şurasının sədri Federiko Villeqas Ukraynadakı hərbi cinayətləri araşdıracaq beynəlxalq müstəqil komissiya yaradıb. AzVision.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Norveçdən Erik Mese, Bosniya və Herseqovinadan Jasminka Jumhur (İnsan Haqları üzrə Ombudsman-red.) və Kolumbiyadan Pablo de Qreyfa komissiyanın müstəqil üzvləridir. Komissiyaya Mese rəhbərlik edəcək. O, Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş sədri və Norveç Ali Məhkəməsinin keçmiş hakimidir.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan xeyli sayda hərbi cinayətlər və beynəlxalq humanizm prinsiplərinin pozulması halları aşkarlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: BMT   Ukrayna  



Xəbər lenti