“Almaniya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır" - XİN rəhbəri
Onun sözlərinə görə, Almaniya müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etməyə hazırdır: “Lakin müharibə hələ də davam edir və Rusiyanın bəyanatlarına inanmaq olmaz. Əgər zəmanət lazımdırsa, Almaniya da orada olacaq və zəmanət verəcək. Biz Ukrayna ilə 100 faiz həmrəyik”, - nazir bildirib.
O deyib ki, bu, sülh danışıqlarına və gələcək sülh nizamına da aiddir. Bununla belə, nazir etiraf edib ki, Ukrayna və Rusiya arasında danışıqlar elə deyil ki, hər hansı irəliləyiş gözlənilsin. Burboka görə, Rusiya tərəfi zəmanət və neytrallıqdan danışanda Ukraynadan çox fərqli bir şeyi nəzərdə tutur.
Martın 29-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub. Ukrayna onun üçün yeni təhlükəsizlik təminatları sistemi haqqında Beynəlxalq Müqavilə imzalamağı təklif edib.
Rəsmi Kiyev zaminlər arasında BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri, o cümlədən Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsraili görür.
Danışıqların növbəti mərhələsi onlayn rejimdə aprelin 1-də keçiriləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


