Nüvə silahlı Rusiya təyyarələri İsveçin hava məkanını pozub

Nüvə silahlı Rusiya təyyarələri İsveçin hava məkanını pozub
  31 Mart 2022    Oxunub:922
Rusiya təyyarələri bir müddət əvvəl Qotland yaxınlığında İsveçin hava məkanını pozub. Həmin təyyarələrdən ikisində nüvə silahı olub.
AzVision.az xəbər verir ki, bu barədə İsveçin “TV4 Nyheterna” kanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsveçin hava məkanının pozulması martın 2-də təxminən bir dəqiqə davam edib. Məlumata görə, bu, İsveçi qorxutmaq üçün qəsdən atılmış bir addımdır.

Təyyarə qrupunun Rusiyanın Kalininqraddakı aviabazasından havaya qalxdığı bildirilir. Eyni zamanda nüvə silahı olan Su-24 tipli iki hücum təyyarəsini iki Su-27 qırıcısı müşayiət edib.

Vurğulanıb ki, Ukraynadakı müharibə ilə əlaqədar İsveç Hərbi Hava Qüvvələri hazırlığını artırıb və cavab olaraq iki JAS 39 Gripen qırıcısını havaya qaldırıb.

AzVision.az



Teqlər: Rusiya   İsveç  



Xəbər lenti