"Məqsədimiz tezliklə Putinlə Zelenskinin görüşünü təşkil etməkdir" - Ərdoğan

   "Məqsədimiz tezliklə Putinlə Zelenskinin görüşünü təşkil etməkdir" -    Ərdoğan
  31 Mart 2022    Oxunub:639
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Ərdoğan Özbəkistandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

O bildirib ki, danışıqlar zamanı Putin və Zelenskinin görüşünün təşkili mövzusunu gündəmə gətirmək niyyətindədir.

"Mən Özbəkistandan qayıdan kimi həm cənab Putinlə, həm də cənab Zelenski ilə danışıqlar aparmaqda qərarlıyam. Bu danışıqlarda həm özüm, həm də xalqım adından onlara təşəkkür edib və deyəcəyəm ki, məqsədimiz ən qısa zamanda sizi bir araya gətirməkdir. Bu kontekstdə dövlət başçıları səviyyəsində görüşə ev sahibliyi etməyə hazırıq", - Ərdoğan deyib.

O, müvəqqəti atəşkəsin təmin edilməsinin çox vacib olduğunu vurğulayıb.

AzVision.az



Teqlər: Ərdoğan  



Xəbər lenti