Zelenski iki generalın rütbəsini aldı

   Zelenski    iki generalın rütbəsini aldı
  01 Aprel 2022    Oxunub:1075
Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri Serqey Krivoruçkonun general rütbəsindən məhrum edilib. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, Ukrayna xalqına sədaqətlə bağlı verdiyi hərbi andı pozan ən yüksək rütbəli zabitlər Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 48-ci maddəsinə uyğun olaraq hərbi rütbələrindən məhrum ediləcəklər.

AzVision.az


Teqlər: Zelenski   General  



Xəbər lenti