"Rus qoşunları Kiyevin şimalından çıxarılır" - Ukrayna Ordusu

   "Rus qoşunları Kiyevin şimalından çıxarılır" -    Ukrayna Ordusu
  01 Aprel 2022    Oxunub:1103
Ukrayna hərbçiləri dünən gün ərzində Donetsk və Luqansk istiqamətində düşmənin 7 hücumunu dəf ediblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası Silahlı Qüvvələrin Baş Qərargahına istinadən məlumat yayıb.
"Birləşmiş Qüvvələrin qruplaşması Donetsk və Luqansk istiqamətində son sutka ərzində düşmənin 7 hücumunu dəf edib. Əsgərlərimiz 3 tank, 2 zirehli transportyor, 2 maşın və 2 artilleriya sistemini sıradan çıxarıblar. Həmçinin "Orlan-10" PUA-sı da vurulub", - Baş Qərargahın hesabatında deyilir.

Baş Qərargah həmçinin bəyan edib ki, "Rusiya işğalçı qüvvələrinin bölmələrinin Kiyev vilayətinin şimalından Belarus Respublikası ilə dövlət sərhədinə qismən çıxarılması davam edir".

"Müxtəlif sayda texnikaların olduğu qarışıq karvanların hərəkəti qeydə alınır. Konvoylara həmçinin ərazilərin müvəqqəti işğalı zamanı rus işğalçıları tərəfindən oğurlanmış mülki avtomobillər (yük maşınları, avtobuslar, mikroavtobuslar, minik avtomobilləri) daxildir", - Baş Qərargahdan bildirilib.
Tural Tağıyev
AzVision.az




Teqlər: Ukrayna  



Xəbər lenti