“Spiegel”: "Rekord sayda alman şirkəti qiymətləri qaldıracaq"

      “Spiegel”:    "Rekord sayda alman şirkəti qiymətləri qaldıracaq"
  01 Aprel 2022    Oxunub:812
Rekord sayda alman şirkəti öz məhsullarının qiymətini qaldırmağı planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri İqtisadi Tədqiqatlar İnstitutunun məlumatlarına istinadən yazıb.
İnstitutun eksperti Timo Volmerşauzer sayta açıqlamasında deyib ki, "ölkədə inflyasiya artaraq beş faizi keçəcək". O qeyd edib ki, sonuncu dəfə belə qiymət problemləri 1981-ci ildə müşahidə olunub.
Məhsulların qiymətində ən çox ehtimal olunan "sıçrayış"lar isə istehlak sektorunda müşahidə ediləcək. Bu isə, ilk növbədə qida ilə bağlıdır.

- Ukraynadakı vəziyyət təkcə enerji daşıyıcılarının deyil, həm də kənd təsərrüfatı məhsullarının bahalaşmasını artırıb, - Volmerşauzer vurğulayıb.

Qeyd edək ki, artıq bir aydır Qərb ölkələri Ukraynada aparılan müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar əsasən bank sektoruna və yüksək texnologiyalar sahəsinə toxunub. Bununla belə, texnoloji zəncirlərin pozulması Avropa və ABŞ-da iqtisadi problemlərə, ilk növbədə ərzaq və yanacağın bahalaşmasına səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya   Şirkət   Qiymət  



Xəbər lenti