Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır" - XİN

   Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır" -    XİN
  02 Aprel 2022    Oxunub:726
Kanada Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üzrə təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər nazirinin ölkə hökumətinə ünvanlanan petisiyaya cavabında deyilir.

"Kanada hökuməti Xocalı qətliamının dəhşətli faciə olduğunu qəbul edir və qurbanların xatirəsini dərin hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi dinc əhalinin faciəli itkisinin heç vaxt təkrarlanmamasını qətiyyətlə müdafiə edir", - deyə sənəddə bildirilir.

Qeyd edilir ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır.

"Kanada sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli mexanizmlərin yaradılması, Ermənistan və Azərbaycan arasında regional əlaqələrin bərpası kimi mühüm etimad quruculuğu tədbirləri üzrə liderlik səviyyəsində dialoqun davam etdirilməsinə çağırır. Kanada bu istiqamətdə atılan addımları alqışlayır və ATƏT-in Minsk Qrupunun davam edən və gələcək işinə qətiyyətlə dəstək verməkdə davam edir", - deyə sənəddə bildirilir.

AzVision.az



Teqlər: Kanada   XİN  



Xəbər lenti