|
| Ukraynada aerodromların raketlə vurulma anı - VİDEO |
- Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin və raket qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 67 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki raket və artilleriya silah və sursat anbarı, doqquz səhra artilleriya silahı və minaatan, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi 54 ərazi də var, - general deyib.
Qeyd edilir ki, ümumilikdə müharibə başlayandan indiyədək 124 təyyarə və 84 helikopter, 381 pilotsuz uçuş aparatı, 1882 tank və digər zirehli döyüş maşını, 203 reaktiv yaylım atəşi sistemi, 786 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1764 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


