"İtaliya Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir" - XİN

   "İtaliya Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir" -    XİN
  02 Aprel 2022    Oxunub:712
"Bizim üçün əsas prioritet Rusiya-Ukrayna arasında danışıqlar prosesinin davam etdirilməsidir. Türkiyənin atdığı addımlar yüksək qiymətləndirilir. Danışıqların nəticələri təhlil olunacaq. İtaliya Ukraynanın neytral statusunun təminatçısı kimi çıxış etməyə hazırdır"
AzVision.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo jurnalistlərə açıqlamasında deyib. O, həmçinin vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar nəticəsində enerji sektorunun genişlənməsinin sürətləndirilməsi məsələsi ortaya çıxıb:

"Bu kontekstdə İtaliya böyük potensiala malik etibarlı tərəfdaşlarla, xüsusən də Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir", - XİN rəhbəri bildirib.

- İtaliya tərtib etdiyi enerji təhlükəsizliyi planı çərçivəsində Rusiya bazarından uzaqlaşmaq niyyətindədir.Bu məqsədlə Roma Aralıq dənizi regionu istiqamətində işləri gücləndirmək niyyətindədir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti