Roma Papası Kiyevə gəlmək niyyətindədir

Roma Papası Kiyevə gəlmək niyyətindədir
  02 Aprel 2022    Oxunub:675
"Roma Papası Fransisk yaxın vaxtlarda Kiyevə səfər etməyi düşünür".
AzVision.az xəbər verir ki, bunu NBC News-un jurnalisti Klaudio Lavanqa vaticannews saytına deyib. Müxbirin sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur.

"Maltaya gedən yolda Papa Fransiskdən Kiyevə səfər etməyi düşünüb-düşünmədiyini soruşdum. O, belə cavab verdi: "Bəli, bu təklif nəzərdən keçirilir", - Lavanqa Twitter-də yazıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti