Peskov: “Türkiyə öz fikrini hər zaman sərbəst ifadə edə bilib”
“Türkiyə ilə bizim gözəl münasibətlərimiz mövcuddur. Bu münasibətlər fikir ayrılığından xali olmasa da, qarşılıqlı faydalı əməkdaşlıq hər zaman üstün gəlir”, - deyə Peskov bildirib.
Kreml sözçüsü bildirib ki, Türkiyə həmişə öz fikrini sərbəst ifadə edə bilib.
“Türkiyə uzun müddətdir NATO üzvüdür. Bununla belə, Ərdoğanın vaxtında digər NATO ölkələrindən daha suveren oldu. Bu ölkə Moskva ilə körpüləri yandırmayacağını və Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını Brüsselə açıq şəkildə bildirdi” – Peskov vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


