"Ərdoğan kimi müstəqil siyasətçi azdır" - Peskov

   "Ərdoğan kimi müstəqil siyasətçi azdır" -    Peskov
  03 Aprel 2022    Oxunub:1400
"Müasir dünyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimi öz qərarlarını verməkdə bu qədər müstəqil olan siyasətçilər azdır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

"Əlbəttə, hamı amerikalıların böyük təzyiqi altındadır. Və heç də bütün dövlətlər öz müstəqil mövqelərini ciddi şəkildə müəyyən etməyə güc tapmırlar. Və bu baxımdan, əlbəttə ki, müasir siyasi Olimpdə Ərdoğan kimi çox az adam var", - o vurğulayıb.

Kreml sözçüsü əlavə edib ki, amerikalılar bir çox ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir.

"Bu məsələdə bütün ölkələr Türkiyə kimi deyil. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Amma buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir, "hə" olan yerdə açıq şəkildə "hə" deyir, "yox" olan yerdə "yox" deyir".

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti