Ekvadorda həbsxanada toqquşma: 20 ölü

Ekvadorda həbsxanada toqquşma:    20 ölü
  04 Aprel 2022    Oxunub:866
Ekvadorun cənubundakı Kuenka şəhərində yerləşən həbsxanada baş verən toqquşmalar nəticəsində 20 nəfər öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti tviterdə məlumat yayıb. Toqquşmalar zamanı azı 10 məhbus da yaralanıb, 52 nəfər isə həbsxanadan qaçmağa müvəffəq olub.

İlkin ehtimala görə, qarşıdurmalara səbəb müxtəlif cinayətkar qrupların nümayəndələri arasında rəqabət olub. Hazırda polis cəzaçəkmə müəssisəsində asayişin bərpası istiqamətində iş aparır, əməliyyatda 200-dən çox hərbçi də iştirak edir.

AzVision.az



Teqlər: Ekvador   Həbsxana  



Xəbər lenti