Serbiyanın gələcək siyasi kursu bəlli oldu

Serbiyanın gələcək siyasi kursu bəlli oldu
  04 Aprel 2022    Oxunub:1075
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmaq istiqamətindəki kursunu davam etdirəcəyini, eyni zamanda ənənəvi dostları ilə münasibətlərini qoruyacağını bildirib.
AzVision.az xəbər verir ki, dünən keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazandığını bildirən Serbiya Prezidenti ölkəsinin heç bir hərbi bloka qoşulmayacağını və hərbi neytrallığı davam etdirəcəyini bildirib.

“Avropalılar, rusiyalılar və amerikalılar üçün vacib olan odur ki, biz böyük dəstək almış hərbi neytrallıq siyasətini davam etdirəcəyik”, - Vuçiç deyib.


AzVision.az



Teqlər: Serbiya  



Xəbər lenti