"Buça təxribatı beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"

   "Buça təxribatı beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
  04 Aprel 2022    Oxunub:974
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Buça faciəsi ilə bağlı açıqlama verib. AzVision.az xəbər verir ki, nazir Buçada baş verənləri təxribat adlandıraraq ölkəsinin belə hadisələri beynəlxalq təhlükəsizliyə birbaşa təhdid gördüyünü deyib.
Britaniya "Buça qırğını" ilə bağlı BMT-nin iclasına razılıq verməyib
O, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşdə deyib ki, “Biz bu konkret məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etdik. Çünki biz bu cür təxribatları beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid kimi görürük”.

Xatıraldaq ki, bu günlərdə KİV Kiyev vilayətinin Buça şəhərindən çəkildiyi iddia olunan dəhşətli video yaymışdı. Görüntülərdə ölən dinc sakinlərin cəsədlərinin yol kənarına səpələnib. Ukrayna mediası Buçada qətliamın yaşandığını iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Rusiya  



Xəbər lenti