Belçika 99 milyon avroluq dərman ehtiyatını ləğv edir
Eyni zamanda 69 milyon avrodan artıq dəyərində dərman və tibbi vasitələrin aşağı keyfiyyətli məhsullar olduğu da bildirilir. Belçika hökuməti bunu COVİD-19 pandemiyasının lap əvvəlində operativ qaydada alışların həyata keçirilməsi və həmin vaxt farmakalogiya bazarının “optimal şəkildə fəlaiyyət göstərməməsi” ilə izah edir.
Bununla belə, dərman və tibbi vasitələrin bir hissəsinin lazım olduğundan çox alındığı və onların isifadəsinə vaxt çatmadığı vurğulanır. “Kontekst Avropa” Telegram-kanalının məlumatına görə, pandemiya müddətində koronavirusa yoluxanların müalicəsinə yanaşmalar, koronavirusun aşkarlanması və profilaktika metodları dəyişdiyindən bəzi dərmanlara və tibbi vasitələrə ümumiyyəltə ehtiyac qalmayıb.
Belçika hökumətinin 99 milyon avroluq dərmanın və tibbi vasitələrin ləğvi barədə qərarını müxtəlif səbəblərlə əsaslandırmasına baxmayaraq, bir sıra kasıb ölkələrin böyük ehtiyac duyduğu vaxtda onların ehtiyat kimi anbarlara yığılması dərmanlara əlçatanlıq məsələsində ayrı-seçkilik siyasətinin aparıldığını sübut edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


