Bildirilir ki, Ermənistanın hərbi prokurorluğu hərbi hissələrdən birində baş vermiş insidentlə bağlı cinayət işi açıb.
"Baş prokurorun müşaviri Qor Abramyanın yaydığı məlumata görə prosesin başlanmasına səbəb mətbuatda qərargah rəisinin mübahisə zəminində zabitlərdən birinə bədən xəsarəti yetirməsi ilə bağlı məlumatın yayılması olub. Baş prokurorun müşaviri insidentlə bağlı dava faktını təsdiq etmədən bildirib ki, daxil olan məlumatlar əsasında cinayət işi başlanıb, sənədlər hadisənin tam araşdırılması və hüquqi qiymət verilməsi üçün qarnizon hərbi prokurorluğuna təhvil verilib", -məqalədə yazılıb.
Qeyd edək ki, Ermənistanın "Shamshyan.com" kriminal saytı Qeqarkunik rayonunda (Çəmbərəkənd-red.) diviziyanın qərargah rəisi, mayor Frunze Ağacanyanın zabit Karen Sardaryanı vuraraq xəsarət yetirməsi barədə məlumat yaymışdı.
Tural Tağıyev
AzVision.az