Almaniya 100-ə qədər rus diplomatı ölkədən çıxarmaq istəyir

   Almaniya    100-ə qədər rus diplomatı    ölkədən çıxarmaq istəyir
  04 Aprel 2022    Oxunub:1006
Almaniya hakimiyyəti bu həftə Rusiya diplomatik missiyalarının əhəmiyyətli sayda əməkdaşını ölkədən çıxara bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Bild" qəzeti mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, kansler Olaf Şolts indi bu məsələnin öyrənilməsi ilə bağlı göstəriş verib. Söhbət 100-ə qədər diplomatın ölkədən çıxarılmasının mümkünlüyündən gedir.

Bundan əvvəl “Suddeutsche Zeitung” qəzeti mənbələrə istinadən yazıb ki, Almaniya rus diplomatlarını ölkədən çıxara bilər. Nəşr bildirib ki, yekun qərar federal kansler, xarici və daxili işlər nazirliklərinin qarşılıqlı razılığı əsasında qəbul edilməlidir, lakin bu, hələlik mümkün deyil. Eyni zamanda Almaniya hökumətində belə bir addımın məqsədəuyğunluğu ilə bağlı fikir ayrılıqları var.

Qeyd edək ki, artıq Almaniya 40 rus diplomatı arzuolunmaz şəxs (persona non-qrata) elan edib.


AzVision.az



Teqlər: Almaniya   Rusiya  



Xəbər lenti