Ukrayna Ordusu : "Rus hərbçilər arasında fərarilik halları artıb"

      Ukrayna Ordusu : "Rus hərbçilər arasında fərarilik halları artıb"
  05 Aprel 2022    Oxunub:1580
Rusiya ordusunda şəxsi heyətlə bağlı ciddi problemlər yaranıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Saytlar Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinad ediblər.

"İşğalçı ordunun döyüş bölmələri və onlara dəstək hissələrində ciddi problemlər yaranıb. Dağıdılmış bölmələrin yenidən bərpasında, yeni hərbçilərin həmin bölmələrə cəlb edilməsində böyük çətinliklər müşahidə olunur. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah məlumat yayıb.
Bildirilir ki, işğalçı qoşunlar itki verməkdə davam edirlər. Düşmənin şəxsi heyətinin ruhdan düşməsi hərbi qulluqçular arasında fərarilik, döyüşlərdən imtina hallarının artmasına səbəb olub", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti