İtaliya 30 rus diplomatını ölkədən qovub - YENİLƏNİB

   İtaliya 30 rus diplomatını ölkədən qovub -  YENİLƏNİB
  05 Aprel 2022    Oxunub:1961
İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

İtaliya hakimiyyəti Fransa, Almaniya və digər Avropa dövlətlərinin analoji addımlarından sonra onlarla rus diplomatının ölkədən çıxarılmasını bu gün elan etmək niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, qovulacaq rusiyalı diplomatların siyahısı bir gün əvvəl hazırlanıb, qərar İtaliya Xarici İşlər Nazirliyinin və İtaliya Nazirlər Şurasının rəhbərliyinin Berlin və Parislə təmasları zamanı verilib.

İtaliyanın baş naziri Mario Draqi bunu respublikanın dövlət təhlükəsizliyinə cavabdeh olan Nazirlər Şurasının katibi Franko Qabrielli ilə müzakirə edib. Belə ki, İtaliyada işləyən və ölkədən çıxarılacaq bütün Moskva diplomatları persona non qrata elan ediləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İtaliya  



Xəbər lenti