Danimarka 15 rus diplomatını ölkədən qovur

   Danimarka  15 rus diplomatını ölkədən qovur
  05 Aprel 2022    Oxunub:1493
Danimarka Xarici İşlər Nazirliyi 15 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “France Presse” məlumat yayıb.

İtaliya 30 rus diplomatını ölkədən qovub - YENİLƏNİB
Bildirilir ki, xarici işlər naziri Yeppe Koford parlamentdə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, "Biz qovulan 15 kəşfiyyatçı zabitin Danimarka torpaqlarında casusluq etdiyini müəyyən etdik".

O qeyd edib ki, bu yolla Danimarka ölkədə casusluğun “qəbuledilməz” olduğu barədə “aydın siqnal” verib.

Məlum diplomatik qalmaqalı şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, “bu ölkənin xarici qurumlarının əməkdaşlarına qarşı müvafiq tədbirlərin görüləcək”.

Qeyd edək ki, Almaniya və Fransa da oxşar addım atıb. Artıq İtaliyanın da onlarla Rusiya nümayəndəsini persona non qrata elan etmək niyyətində olması barədə məlumat yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Diplomat   Danimarka  



Xəbər lenti