AK-nın prezidenti və Jozef Borrel Kiyevə gedəcək
“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bu həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək”, o, “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, görüş gələn şənbə günü Varşavada keçirilməsi planlaşdırılan Ukrayna üzrə donor konfransı ərəfəsində baş tutacaq.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


