|
| Ermənilər Paşinyana Çauşeskonun taleyini xatırlatdılar - FOTO |
- Ermənistan son yüz ilin ən ağır günlərini yaşayır. Bu mübaliğə deyil. Biz yox olmaq ərəfəsindəyik. Hökumət erməni xalqına deyil, Azərbaycan və Türkiyəyə sülh vəd edir. Ermənistan bu ölkələr üçün dövlət olacaq. Azərbaycan üçün bu sülh Qarabağın "öz müqəddəratını təyin edən respublika" kimi sıradan çıxarılması, Zəngəzurun isə tutulması deməkdir, - erməni deputat gileylənib.
Qeyd edək ki, bu gün Ermənistan müxalifəti İrəvanda hakimiyyət əleyhinə mitinq keçirib. Onlar iki ölkə arasında planlaşdırılan sülh müqaviləsinə etiraz edib, Azərbaycanın torpaqlarına qarşı isə ərazi iddiaları səsləndiriblər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


