Rusiyanın İrəvandakı səfirindən Qarabağ açıqlaması
- Dağlıq Qarabağdakı vəziyyətə gəlincə, ölkəmizin nümayəndələri, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri dəfələrlə bu məsələ ilə bağlı çıxış ediblər. Hesab edirəm ki, deyilənlər Rusiyanın mövqeyinin kifayət qədər inandırıcı və bəlağətli sübutudur, - səfir jurnalistlərə açıqlamasında qeyd edib.
Sabah Brüsseldə ölkə başçıları arasında keçiriləcək görüşdən gözləntilər barədə sualı cavablandıran Kopirkin medianı nəticələri gözləməyə çağırıb.
- Rusiya heç vaxt öz mövqeyini gizlətməyib. O, razılaşmaların əldə olunmasında maraqlıdır ki, vəziyyət həll olunsun. Rusiya özü də buna daimi və əhəmiyyətli töhfə verir. Biz bu istiqamətdə çox çalışırıq, - diplomat vurğulayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


