Ruslar Mariupol yaxınlığında 2 helikopter vurublar - VİDEO

   Ruslar Mariupol yaxınlığında 2 helikopter vurublar -    VİDEO
  05 Aprel 2022    Oxunub:1142
Rusiya Mariupolda daha 2 Ukrayna helikopterini vurub. AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.
O qeyd edib ki, Rusiya hərbçiləri dənizdən Mariupola keçməyə çalışan iki Mi-8 helikopterini zərərsizləşdiriblər.

- Aprelin 5-i səhər saatlarında Mariupol vilayətində Kiyev rejiminin millətçi “Azov” batalyonunun rəhbərlərini təxliyə etmək cəhdinin qarşısı alınıb. Şəhərə dənizdən keçməyə cəhd edən Ukraynaya məxsus 2 Mi-8 helikopteri daşına bilən zenit-raket kompleksi ilə vurulub, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti